ANA SƏHİFƏ HAQQIMIZDA ƏLAQƏ
dini radikalizm və ekstremizmlə mübarizə

Karantin rejiminin uzadılıb-uzadılmaması epidimioloji vəziyyətdən asılıdır

25-09-2020, 13:57



Newscenter.az.25.09.2020. Azərbaycan dövləti koronavirus pandemiyası ilə mübarizə sayəsində ardıcıl tədbirləri davam etdirir. Ölkəmizdə həyata keçirilmiş zəruri tədbirlər çərçivəsində pandemiyanın mənfi təsirləri tədricən aradan qaldırılır, məhdudiyyətlər götürülür, yollar açılır, ümumən pandemiyadan öncəki vəziyyətə qayıdış üçün tədbirlər həyata keçirilir. Lakin hər kəs bilir ki, dünyada pandemiya hələ də var və bir çox ölkələrdə 2-ci, hətta 3-cü dalğaların başlanması haqqında məlumatlar yayılır. Məsələn. B.Britaniyada, İranda, eləcə də ABŞ-da, Hindistanda və başqa ölkələrdə COVİD-19 virusu böyük təhdid faktoru olaraq qalmaqdadır. Bu səbəbdən də, Azərbaycanda da ehtiyatla və düşünülmüş şəkildə, aparılan təhlillərə əsaslanaraq qərarlar verilir. Bu cür ehtiyatlı siyasətin səbəbi isə insanlarımızın sağlamlığını qorumaq, COVİD-19 pandemiyasının zərərlərini neytrallaşdırmaqdır. Ona görə də düşünürəm ki, sentyabrın 30-dan sonrakı müddətdə karantin rejiminin uzadılması haqqında qərar epidimioloji vəziyyətdən asılı olacaq.

Ölkəmizdə tətbiq edilən karantin rejimi öz səmərəsini verir, lakin bugünkü məqamda ən önəmli məsələlərdən biri pandemiya ilə mübarizədə əldə olunan uğurları qorumaq və irəli getməkdir. Bilirsiniz ki, payız-qış mövsümü müxtəlif xəstəliklərin fəallaşdığı dövrdür. Bu mənada, koronavirus ilə birlikdə bu xəstəliklər də insan orqanizmi üçün ciddi təhlükədir. Ona görə də bundan sonrakı dövrdə ən başlıca vəzifə koronavirusun yayılmasına, yeni yoluxma nöqtələrinin yaranmasına imkan verməməkdir. Təəssüf ki, yeni tədris ilinin başlanmasından bu günə qədərki müddətdə təxminən 131 şagird və 42 məktəb işçisi koronavirusa yoluxub. Bunun özü də bir siqnaldır ki, çox ehtiyatlı olmaqlıyıq.

Təsadüfi deyil ki, Azərbaycanın koronavirus pandemiyası ilə mübarizədə əldə etdiyi nailiyyətlər beynəlxalq səviyyədə təqdir olunur. Cənab Prezident İlham Əliyevin BMT-nin 75-ci sessiyasında çıxışı zamanı Azərbaycanın COVİD-19 ilə mübarizədə həyata keçirdiyi tədbirləri diqqətə çatdırıb, eyni zamanda ölkəmizin pandemiya ilə qlobal mübarizəyə töhfələrini davam etdirməyə hazır olduğunu vurğulayıb. Ümumdünya Səhiyyə Təşkilatı da pandemiya ilə mübarizədə Azərbaycanı nümunəvi ölkə adlandırıb. Eyni zamanda, Azərbaycanın koronavirus ilə bağlı 30-dan çox ölkəyə humanitar və maliyyə yardımı göstərməsi də beynəlxalq birlik tərəfindən alqışlanır.

Sədaqət Vəliyeva-Milli Məclisin deputatı

Oxşar xəbərlər
SON XƏBƏRLƏR