Prezidentin köməkçisi: "Azərbaycan Ordusu düşmənin layiqli cavabını verir"
Tarix: 28-09-2020, 12:27
Newscenter.az.28.09.2020. “Azərbaycan Silahlı Qüvvələri düşmənin layiqli cavabını verir, düşmən yerində oturdulur".
Bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.
Onun sözlərinə görə, Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərində fəaliyyəti regional sülh üçün təhlükədir: "Ermənistan tərəfindən cılız və tamamailə realıqdan uzaq saxta məlumatlar hazırlanır. Bu onu göstərir ki, saxta məlumatlar hazırlayan və yayan Ermənistana heç vaxt xalqı inana bilməz".