Prezidentin köməkçisi: "Bu, Azərbaycan xalqının tarixində böyük vətən müharibəsidir"
Tarix: 28-09-2020, 11:28
Newscenter.az.28.09.2020. “Azərbaycana qarşı müharibə başlayıb. Belə bir çətin dönəmdə Azərbaycan xalqı səfərbərdir".
Bu fikirləri Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.
Onun sözlərinə görə, bu, Azərbaycan xalqının tarixində də böyük bir vətən müharibəsidir: "Azərbaycanda hərbi vəziyyət elan olunub. Bu gün də qismən səfərbərliklə bağlı ölkə başçısı sərəncam imzalayıb".