Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ali məktəblərdə distant təhsil müvəqqəti olaraq dayandırılıb



Newscenter.az.30.09.2020. "Hazırda ali təhsil müəssisələrində internetlə bağlı problem olduğu üçün çətinliklər yaşayırıq".

Bunu Təhsil naziri Emin Əmrullayev COVID-19 pandemiyası dövründə təhsil müəssisələrinin fəaliyyətinin təşkili mövzusunda keçirilən brifinqdə deyib.

Onun sözlərinə görə, univesitetlərdə distant təhsil müvəqqəti olaraq dayandırılıb: "Plana uyğun olaraq, bu təqvim ilinin sonuna qədər distant təhsilin verilməsi nəzərdə tutulur. Bu il tələbə adını qazananlar oktyabrın 1-dən etibarən ali təhsil müəssisələrində müraciət edə bilərlər. Onların ali təhsil məsələləri ilə tanışlığı təmin ediləcək".
Xəbəri paylaş