İlham Əliyev və Mehriban Əliyeva yaralı hərbçilərlə görüşüblər
Tarix: 30-09-2020, 14:11
Newscenter.az.30.09.2020. Sentyabrın 30-da Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ermənistanın sentyabrın 27-dən başlayan hərbi təxribatı zamanı yaralanan və Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Klinik Hospitalında müalicə olunan hərbçilərlə görüşüblər.
Bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.