Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

AzTU və “Hidroservice Engineering” MMC arasında əməkdaşlıq sazişi imzalandı



Newscenter.az.15.10.2020. Azərbaycan Texniki Universiteti (AzTU) ilə “Hidroservice Engineering” MMC arasında əməkdaşlıq haqqında saziş imzalanıb.

Newscenter.az-a təhsil ocağından bildirilib ki, sənədi rektor Vilayət Vəliyev və şirkətin direktoru Bəxtiyar Qənbərov imzalayıb.

Sazişə əsasən universitetlə şirkət hidropnevmatik məhsulların hazırlanması sahəsində əməkdaşlığı inkişaf etdirəcək. Bundan başqa, tərəflər birgə innovasiya yönümlü layihələrin araşdırılması və onların iqtisadi səmərəliliyinin qiymətləndirilməsi, yeni məhsulların və texnologiyaların işlənməsi, tələbələrin təcrübə proqramlarında iştirakı və məzunların işlə təmin olunması, şirkətin yüksək ixtisaslı kadrlarının universitetdə tədrisə cəlb edilməsi ilə bağlı əməkdaşlıq edəcək.

R.Mehdiyeva
Xəbəri paylaş