Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Tanınmış müğənnidən Ordumuza dəstək mahnısı



Newscenter.az.17.10.2020. Azərbaycan Ordusu işğal altında olan torpaqlarını düşməndən azad etmək istiqamətində uğurlu hərbi əməliyyatlar keçirdiyi bir vaxtda hər bir ölkə vətəndaşı da öz növbəsində göstərdikləri fəaliyyətlərlə Azərbaycan dövlətinə, Azərbaycan Silahlı Qüvvələrinə dəstək olmağa çalışırlar. Hazırda müharibə şəraitində olduğumuzu nəzərə alsaq, vətənpərvərlik mövzusunda mahnılara, kliplərə daha çox ehtiyac duyulduğunu, zzərurət yarandığını deyə bilərik.

Newscenter.az xəbər verir ki, pop-estrada mahnıları ilə yanaşı, həm də vətənpərvərlik mövzusunda bir çox mahnılarla cəmiyyətdə, pərəstişkarları arasında sevilən tanınmış müğənni Aygün Aydın bu zərurəti nəzərə alaraq vətənpərvərlik mövzusunda yeni bir mahnını sevənlərinə təqdim edib.

Müğənni deyib ki, Qarabağ mövzusunu özündə əks etdirən mahnının adı "Ana Vətən" adlanır. Mahnının sözləri djb.az saytının rəhbəri Almaz İlahə Əhmədova, aranjeman Şahin Əhmədov, musiqi isə Murad Zeynallıya məxsusdur.

Musiqi əsasında çəkilən klipdə də baş rolu müğənni özü ifa edir. "Ana Vətən" manhısı və onun əsasında çəkilən klipdə istedadlı sənətçi Mehriban Xanlarova ana obrazını canlandırır, klipdə bir parça şer ifa edr. Bundan başqa tanınmış sənətçimiz, gözəl səsə malik olan Yusif Mustafayev isə mahnının müəyyən bir hissəsində məlahətli səsi ilə muğam oxuyur


NEWSCENTER.AZ
Xəbəri paylaş