Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

TBMM Sədrinin iştirakı ilə Milli Məclisin iclası keçirilir



Newscenter.az.20.10.2020. Milli Məclisin payız sessiyasının növbəti plenar iclası başlayıb.

Spiker Sahibə Qafarovanın sədrliyi ilə keçirilən iclasın gündəliyinə 5 məsələ daxil edilib.

İclasda əvvəlcə Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentopun çıxış edəcək.

Daha sonra isə “İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında” qanun layihəsi üçüncü oxunuşda, “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanununa dəyişiklik layihəsi ikinci oxunuşda, “Təhsil haqqında” və “Peşə təhsili haqqında” qanunlara dəyişiklik layihəsi isə birinci oxunuşda müzakirəyə çıxarılacaq.
Xəbəri paylaş