Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

İsveç azərbaycanlıları aksiya keçirdi



Newscenter.az.27.10.2020. İsveçdəki Azərbaycan diasporu, Dağlıq Qarabağda baş verən toqquşmalar və Ermənistanın dinc Azərbaycan şəhər və kəndlərinə qarşı edilən hücumlar barəsində yerli ictimaiyyəti məlumatlandırmaq üçün Stokholmda səssiz aksiya keçirib.

Newscenter.az-a daxil olan məlumata görə, aksiyaya toplaşan həmyerlilərimiz, Stokholmun mərkəzindəki Sergel meydanından Azərbaycanın İsveç Krallığındakı səfirliyinin qarşısına kimi səssiz yürüşlə keçərək, yerli insanların diqqətini Ermənistan ordusunun Azərbaycanın bir sıra şəhər və rayonlarını raket atəşinə tutması nəticəsində mülki şəxslərin və günahsız körpələrin həlak olmasına cəlb ediblər.

Yürüş iştirakçıları əllərində “Qarabağ Azərbaycandır!”, “Gəncə şəhəri üçün dua et!”, “Erməni terroruna son!” kimi şüarlar yazılan plakatlar qaldıraraq baş verənlərə dünya ictimaiyyətinin diqqət yetirməsi tələb edilib.

Sonra Azərbaycanın İsveç Krallığındakı səfirliyinin qarşısına gələn aksiyaçılar, səfirliyin qarşısında Gəncə hücumunda həlak olanların xatirəsinə güllər və oyuncaqlar düzüblər. Burada diaspora nümayəndələrimiz habelə, yerli insanları maraqlandıran sualları cavablandırıb.

Mehman
Xəbəri paylaş