ANA SƏHİFƏ HAQQIMIZDA ƏLAQƏ
dini radikalizm və ekstremizmlə mübarizə

XİN: Ermənistan həmsədrlərin müraciətindən sonra da yaşayış sahələrinə zərbələr endirir

31-10-2020, 17:05



Newscenter.az.31.10.2020. Ermənistan silahlı qüvvələri Azərbaycanın Tərtər və Ağcabədi rayonlarının yaşayış yerlərinə zərbələr endirir.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin rəsmi tvitter səhifəsində yazılıb.

“Özü də bu, ATƏT-in Minsk qrupu həmsədrlərinin Cenevrədəki görüşdən sonra humanitar atəşkəs rejiminə riayət edilməsinə dair müraciətindən sonra baş verir”, - deyə XİN-dən bildiriblər.

Xatırladaq ki, oktyabrın 30-da ATƏT-in Minsk qrupu həmsədrlərinin iştirakı ilə Cenevrədə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü zamanı tərəflər beynəlxalq humanitar hüquqa uyğun olaraq qəsdən mülki əhaliyə və ya qeyri-hərbi obyektləri hədəf seçməməklə bağlı razılığa gəliblər.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR