Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ermənistana Qarabağdan silah-sursat daşınır-VIDEO



Newscenter.az.2.11.2020. Ermənistanın Vardenis (Göyçə) rayonunun Solk kəndi ərazisində polis əməkdaşlarının dayandırdıqları avtomobildən işğal altında olan Qarabağdan “Kalaşnikov” avtomatı gətirildiyi müəyyən edilib.

“Report” xəbər verir ki, məlumatı “Novosti Armeniya” yayıb.

Bildirilib ki, axtarış zamanı 7,62 mm çaplı 120 güllə də aşkar edilib. Məlumata görə, Qarabağda döyüşdən imtina edən ermənilər qaçarkən özləri ilə birlikdə avtomat silahlarını da götürüblər.

Ermənistan Milli Təhlükəsizlik Xidməti Qarabağdan Ermənistana silah-sursat gətirilməsi hallarının artdığını açıqlayıb.
Xəbəri paylaş