Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Dayanıqlı kənd təsərrüfatı məhsullarının təşviqinə dair həll yolları müzakirə edilib



Newscenter.az.4.11.2020. BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Avropa üzrə Regional Konfransı (ERC) Özbəkistanın virtual ev sahibliyi ilə öz işinə başlayıb.

Newscenter.az-a Kənd Təsərrüfatı Nazirliyindən bildirilib ki, FAO-nun Avropa üzrə Regional Konfransının 32-ci Sessiyası bu gün Avropadan və Mərkəzi Asiyadan olan FAO üzvləri ilə birgə bölgənin qida və kənd təsərrüfatı mövzusunda qarşılaşdığı çətinliklərin, xüsusilə dayanıqlı aqrar qida sistemlərini və sağlam qidalanmanı təşviq etməyin yollarını həmçinin gənclərin məşğulluq və kənd yerlərinin inkişaf etdirilməsinə dair müzakirələrə başlayıb.
Özbəkistanın FAO ilə birgə ev sahibliyi etdiyi konfrans, ilk dəfə virtual olaraq təşkil edilib. Avropa regionu üzrə ən çox sayda iştirakçının yer aldığı bu konfrans 31-dən çox nazir və nazir müavinini, ümumilikdə Avropa və Orta Asiyanın 51 üzv ölkəsindən 270-dən çox nümayəndəni bir araya gətirib. Tədbirdə Azərbaycandan nümayəndə heyəti olaraq Kənd Təsərrüfatı naziri İnam Kərimov, Kənd Təsərrüfatı nazirinin müavini İlhamə Qədimova və Nazirliyin digər nümayəndələri iştirak ediblər. İki ildən bir keçirilən Konfransda beynəlxalq təşkilatların, vətəndaş cəmiyyətinin və özəl sektorun nümayəndələri də iştirak edirlər.

Açılış nitqində FAO-nun Baş direktoru Özbəkistana Konfransa ev sahibliyi etməsində göstərdikləri dəstəyə görə təşəkkür edib və vətəndaş cəmiyyəti, özəl sektor və digər tərəfdaşlardan olan nümayəndələri salamlayaraq onların iştirak və töhfələri ilə müzakirəninin daha da məhsuldar olduğunu vurğulayıb.

FAO-nun Baş Direktoru QU Dongyu, bölgənin iqtisadi və əkinçilik mərkəzi olduğunu, eyni zamanda bir çox yeni çətinliklərlə üzləşdiyini bildirib. Bunlara bölgənin əksər hissəsində təbii qaynaqlardan asılılıq, ərazinin deqradasiyası və su çatışmazlığı, qida təhlükəsizliyi, eyni zamanda artan qidalanma səviyyəsi, kənd və şəhər yerləri arasındakı boşluqların artması, gender bərabərsizliyi və bir çox yerlərdə davam edən aclıq və yoxsulluq hallarının daxil olduğunu vurğuluyaraq müasir dayanıqlı kənd təsərrüfatını və onun inkişafını təşviq etmək üçün innovasiya və rəqəmsal texnologiyaların vacib olduğunu qeyd edib.

Peykdən görüntüləmə, uzaqdan sensorlar, mobil və digər tətbiqetmələr kimi rəqəmsal texnologiyaların kiçik sahibkarlar və istehlakçılar üçün inqilabi dəyişikliklərin vəd etdiyini və bunların qida zəncirlərini yaxşılaşdırmağa, bazarlara çıxışını artırmağa, qida itkisi və israfını azaltmağa kömək edə biləcəyini, su resurslarının düzgün idarəsinin təmin edilməsini və zərərvericilərə, xəstəliklərə qarşı mübarizə apara biləcəyini vuqğulayıb.
Bölgənin üzləşdiyi çətinliklərə cavab olaraq FAO-nun Baş direktoru Yaşıl İqlim Fondu üçün hazırlanan strategiyanı, FAO-nun torpaqların konsolidasiyası üzrə normativ və sahə işlərini, həmçinin Regional Gender Strategiyası və bölgədəki kənd qadınlarının gücləndirilməsinə töhfə verən ölkələrin gender qiymətləndirmələri üzrə bəzi əsas nailiyyətləri diqqətə çatdırıb.

Qu Donqyu COVID-19 pandemiyasının mövcud problemlər üzərində təsirlərini də qeyd edib. Yeni fəaliyyətə başlayan və FAO-nun kənd təsərrüfatı məhsulları sistemlərinin və insanların dolanışıqlarını uzunmüddətli şəkildə gücləndirilməsi məqsədi daşıyan "COVID-19 Mübarizə və Cavab Proqramı”nın əhəmiyyətini vurğulayıb.

FAO-nun Baş Direktoru Qu Donqyu FAO-nun üzvü olan heçbir ölkənin kənarda qalmayacağı, ölkələrdə aclıq və yoxsulluğa son qoymağı hədəfləyən əl-ələ təşəbbüsünü vurğulayıb. Bu təşəbbüs kənd təsərrüfatında innovativ keçidi və davamlı inkişafı sürətləndirmək üçün Coğrafi Platforma və Statistik İnnovasiyalar üçün Məlumatlar toplusu labaratoriyası kimi inkişaf etmiş alətlər və analitik məlumatlardan istifadə edir.

Avropa və Orta Asiyada müxtəlif kənd təsərrüfatı məhsulları mövcuddur və bu məhsullar inkişaf mərhələlərində fərqli xarici təzyiq və çətinliklərlə qarşılaşırlar. Bunlara məhdud ictimai xərclər, təbii qaynaqların məhdudluğu və ictimai-siyasi mülahizələr daxildir. COVID-19 bu çatımazlıqları daha da üzə çıxarıb. Tədbirdə eyni zamanda dayanıqlı qida sistemlərinin əhəmiyyəti də vurğulanıb.

Qeyd edək ki, Avropa Regional Konfransının 32-ci Sessiyası FAO-nun Asiya və Sakit Okeanı, Yaxın Şərq, Latın Amerikası, Karib dənizi və Afrikanı da əhatə edən virtual regional konfranslarının sonuncusudur.

Orxan
Xəbəri paylaş