Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ağdərə yaxınlığında düşmənin hərbi kolonu pusquya salınaraq məhv edilib



Newscenter.az.5.11.2020. Azərbaycan Ordusunun bölmələri tərəfindən cəbhənin Ağdərə istiqamətində həyata keçirilən xüsusi əməliyyat nəticəsində Ermənistanın silahlı qüvvələrinə məxsus hərbi kolon pusquya salınaraq məhv edilib.

Newscenter.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

"Ağdərə-Papravənd marşrutu ilə hərəkət edən 1 komandir, 1 rabitə avtomobili, şəxsi heyət və sursatla dolu 2 ədəd “KamAz” maşını və qoşqusunda top olan 3 ədəd “Ural” maşını tamamilə məhv edilib", - məlumatda qeyd edilib.
Xəbəri paylaş