Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Rusiyanın Wagner dəstəsi Şuşaya gətirilib?



Newscenter.az.5.11.2020. "Turan" ÌA məlumat yaydı ki, Rusiyanın Vaqner dəstəsi 300 muzdlu ilə Qarabağa gətirilib, artıq Şuşada əks hücumlara başlayıblar.

Məsələ ilə bağlı İctimai Tədqiqatlar Mərkəzinin sədri İlqar Altay sosial şəbəkədə öz fikirlərini bölüşüb. Newscenter.az İlqar Altayın həmin fikirlərini təqdim edir:

Bəri başdan deyim, həqiqət oxşamır bu. Bu õzəl hərbi şirkət də olsa, Kremlə bağlıdır və bu indiki Moskvanın, Putinin yekun olaraq Paşinyana yox deməsi, Qarabağ savaşına birbaşa müdaxilədə neytral qalması və üstəlik, Türkiyə ilə bu dõvrdə ortaq münasibətlər dõrü mümkünsüz gõrünür.
Ìkincisi, Wagner keçmiş rus hərbçiləridən təşkil olunab bir õzəl hərbi şirkətdir, hansı ki dünyanın müxtəlif alovlu nõqtələtində pulla vuruşurlar. Və 300-500, hətta 1000 ən seçimli muzdur dəstəsi də nizami hazırlıqlı, sərt Azərbaycan ordusunun və xüsusi təyinatlılarının qabağında bir heçdir.

Üçüncü, Wagner imic yaradılmış, amma, elə də gücü olmayan, qrupdur, şəxsi heyətinin çoxu da avara alkaş hərbi təqaüdçülərə təşkil olunmuş. Bir canlı misal. 2 il õncə Wagnerin 300 nəfərlik bir qrupu, Suriyada ABŞ-ın nəzarət etdiyi bõlgə üzrə yerləşən neftayırma zavodunu tutma fikri ilə gecə, kortejlə irəliləyir. Amerika kəşfiyyatı da bundan xəbər tutur, danışıqlarını dinləyib ruslar olduğunu müəyyən edirlər. ABŞ komandanlığı dərhal Suriyadakı Rusiya hərbi komandanlığına xəbər verir və cavab alır ki, Rusiya ordusuna aid deyil bu dəstə və hücum. Amerikalılar da həmin irəliləyən Wagner-in qrupuna xəbərdarlıq edir ki, dayanın, geri dõnün, dõnmürlər. Nəticədə ABŠ hərbi qüvvələri korteji pusquya salır və havadan qurudan dəqiq atəşlərlə divan tutub bütün 300 nəfərin hamısını məhv edir, hətta, qaçanları da!

İlqar Altay-İctimai Tədqiqatlar Mərkəzinin rəhbəri
Xəbəri paylaş