Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Türkiyə Qara dənizdə geoloji kəşfiyyatı bərpa edib



Newscenter.az.5.11.2020. Türkiyənin “Fatih” tədqiqat gəmisi Qara dənizdə kəşfiyyat-qazma işlərinə yenidən başlayıb.

“Report” xəbər verir ki, bu barədə Türkiyənin enerji və təbii sərvətlər naziri Fatih Dönməz bildirib.

“Qara dənizin “Fatih”i hazırlıq işlərindən sonra “Türkali-1” yatağında qazma işlərini bərpa etdi. Qazma işləri 75 gün davam edəcək. Bərəkətli olsun”, - deyə o, tvitter səhifəsində yazıb.

Daha əvvəl o, Türkiyənin Qara dəniz sahillərindən təxminən 100 dəniz mili məsafədə yerləşən Sakarya qaz yatağında 30-40 quyu qazılmasının planlaşdırıldığını açıqlamışdı.

Türkiyə bu yataqdan ilk qaz axınını 2023-cü ildə 5-10 milyard kubmetr həcmində gözləyir. 2025-ci ilə qədər bu yataqdan hasilat həcminin 15 milyard kubmetrə çatacağı gözlənilir.

Xatırladaq ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan avqustda Qara dənizdə təxminən 320 milyard kubmetr ehtiyatı olan qaz yatağının aşkar edildiyini elan edib. Oktyabrda o, yataqda 85 milyard kubmetr yeni ehtiyatların tapıldığını da açıqlayıb. Beləliklə, yatağın ümumi ehtiyatları 405 milyard kubmetr həcmində təxmin edilir.
Xəbəri paylaş