Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Vladmir Putin azərbaycanlı deputatı mükafatlandırdı



Newscenter.az.6.11.2020. Rusiya Prezidenti Vladimir Putin Tuva Muxtar respublikasın paytaxtı Kızıl şəhərinin deputatı Çingiz Əliyevi mükafatlandırıb.

Newscenter.az-ın məlumatına görə qlobal pandemiya dövründə “Biz birlikdəyik” aksiyası çərçivəsində Tuva Muxatar Respublikasının ərazisində aztəminatlı ailələrə həm Azərbaycan diasporunun rəhbəri, həm də deputat kimi göstərdiyi dəstəyə görə Tuvanın paytaxtı Kızıl şəhərinin deputatı Çingiz Əliyev “Biz bilikdəyik” xatirə medalı ilə təltif olunub.

Qeyd edək ki, Çingiz Əliyev tanınmış idmançı olmaqla yanaşı , Tuva Respublikasının Kızıl şəhərinin deputatı, Tuvanın Karate Federasiyasının prezidenti, respublikanın yığma komandasının baş məşqçisi və Tuvadakı Azərbaycan diasporunun rəhbəridir.
Xəbəri paylaş