Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Krımdan və Abxaziyadan erməniləri təmtaraqla Dağlıq Qarabağdakı döyüşlərə yola salırlar



Newscenter.az. 7.11.2020. "Rusiya rəsmiləri eyni açıqlamanı səsləndirməkdən yorulmadılar: “Dağlıq Qarabağda davam edən döyüşlərdə suriyalı muzdlular iştirak edir”. Rusiyalı rəsmilər birbaşa Azərbaycanın adını çəkməsələr də, muzduların məhz Azərbaycan ordusu sıralarında olmalarına açıq şəkildə işarə edirlər".

Newscenter.az xəbər verir ki, bu fikirləri politoloq Elxan Şahinoğlu səsləndirib. O, bildirib ki, ortada faktları olmasa da, bu mövzunu daima gündəmdə saxlayırlar:

"Bəs yaxşı, Rusiyanın 6 il əvvəl ərazisinə qatdığı Krımdan və ya nəzarət etdiyi Abxaziyadan Dağlıq Qarabağa gələn silahlı erməniləri necə adlandıraq? Məgər əsl muzdlu onlar deyillərmi? Şəkil çəkdirib altdan belə yazırlar: “Dağlıq Qarabağdakı döyüşlərə gedirik“. Krımdan və Abxaziyadan həmin erməniləri təmətaraqla Dağlıq Qarabağdakı döyüşlərə yola salırlar, Abxaziyanın rəhbərlərindən biri hətta erməni muzdluları yola salarkən, onlara uğurlar arzulayıb".

Politoloqun sözzlərinə görə, Azərbaycan Xarici İşlər Nazirliyi Moskvaya müraciət ünvanlasın ki, ciblərində Rusiya pasportu daşıyan ermənilərin Dağlıq Qarabağda döyüşlərdə iştirakına niyə göz yumur?:

"Məgər muzdlu yalnız ərəb olmalıdır, əlinə silah alıb başqa ölkənin ərazisinə soxulan Rusiya pasportlu erməni muzdlu sayılmır?".

Mehman
Xəbəri paylaş