Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

10 noyabr Azərbaycan tarixinin şanlı zəfər günü kimi tarixə qovuşdu



Newscenter.az.12.11.2020. 10 noyabr Azərbaycan tarixinin şanlı zəfər günü kimi tarixə qovuşdu, müzəffər Azərbaycan ordusunun, uzaqgörən Ali Baş Komandanımızın və milli birliyi ali tutan xalqımızın Qarabağ uğrunda birləşdiyi əzmkar və şanlı qələbə tarixi kimi!

Azərbaycan Ordusu döyüş meydanında cəmi 45 gün ərzində qazandığı birmənalı uğuru danışıqlar masasına keçirməklə, öz milli maraq və ərazi bütövlüyünü ali tutan bəyanata imza ataraq qalib gəldi, daxili siyasi iğtişaşlara qərq olan Ermənistanın isə kapitulyasiya aktını imzalamaqdan başqa əlacı olmadı.

Nəticədə neçə-neçə igid oğul qanları Qarabağ torpağında tökülmədi, ana ürəkləri nigaran qalmadı. Kəlbəcər, Ağdam və Laçın sülh şəraitində Azərbaycanımıza qaytarılacaq, illərdir vətən həsrəti ilə yaşayan qaçqın və məcburi köçkünlərimiz isə firavan şəkildə doğma torpaqlarına qayıdacaqlar. Naxçıvan Muxtar Respublikamız ilə Azərbaycan arasında quru yolumuzun bərpası ilə isə həm strateji, həm geosiyasi, həm də iqtisadi cəhətdən əhəmiyyətli qələbə çalmış olacağıq.

Beləliklə, Azərbaycan imzalanmış uzaqgörən sülh bəyanatı ilə Qafqazda bir daha gücünü uğurla nümayiş etdirdi. Azərbaycana hər zaman sonsuz mənəvi dəstək göstərən qardaş Türkiyə də müqavilənin icrasında fəal iştirak edəcək, atəşkəsə nəzarət mərkəzində təmsil olunacaq, təhlükəsizliyimizin təminatçısı kimi Rusiya ilə bərabər-hüquqlu şəkildə yorulmadan çalışacaqdır. Budur Türkün birliyi, budur Qafqazlarda yeni reallıq!
Yaşasın, Azərbaycan! Qarabağ Azərbaycandır, zəfərimiz mübarək!

Könül Nurullayeva-Milli Məclisin deputatı
Xəbəri paylaş