DTX-nin Şuşa şəhər idarəsi təsis edilib
Tarix: 12-11-2020, 14:22
Newscenter.az.12.11.2020. Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən Şuşa şəhərinin strateji əhəmiyyəti nəzərə alınaraq, DTX-nin Şuşa şəhər idarəsi təsis edilib.
Bu barədə Newscenter.az Dövlət Təhlükəsizliyi Xidmətinin saytına istinadən xəbər verir.
Bildirilib ki, yaxın günlərdə idarənin fəaliyyəti təmin olunacaq.