Türkiyə XİN başçısı: "Rusiya ilə bu işin detallarını danışacağıq"
Tarix: 12-11-2020, 11:17
Newscenter.az.12.11.2020. “Bəyanatın 5-ci maddəsinə uyğun olaraq biz Rusiya ilə birlikdə memarandum imzaladıq. Önümüzdəki günlərdə Rusiya ilə bu işin detallarını danışacağıq”.
Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu noyabrın 12-də Bakıda keçirdiyi brifinqdə bildirib.
Onun sözlərinə görə, mərkəz Azərbaycanın torpaqlarında, Azərbaycanın dediyi yerlərdə olacaq:
“Ümid edirik ki, Ermənistan keçmişdəki hərəkətlərindən dərs alıb. Səmimi deyirəm ki, bundan Ermənistan xalqı da faydalanacaq. Bundan hər kəs faydalanacaq. Biz atılacaq addımları Azərbaycanla birlikdə koordinasiya edəcəyik”.