Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Jalə Əliyeva: "Gəlin, bu Covid adlı virusu, mikrobu da ölkəmizdən uzaqlaşdırmaq üçün hamılıqla çalışaq!"



Newscenter.az.13.11.2020. Dəyərli dostlar! Covid-19 virusuna yoluxanların sayı təəssüflər olsun ki, artmaqdadır. Dünyanın, hələ ki, bu pandemiyanın kökünü bir dəfəlik kəsmək üçün axtardığı çarələr tam fayda vermir. Bilirsiniz ki, ölkəmiz bu aylar ərzində iki böyük bəla, iki dəhşətli virusla mübarizə apardı.

Newscenter.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Jalə Əliyeva səsləndirib. O, qeyd edib ki, bu viruslardan, bəlalardan birinin-Ermənistan və onun işğalçı ordusunun başını birdəfəlik əzdik:

"Bu mənfur düşməni məhv etdik, yox etdik. Əlbəttə ki, birliyimizlə, həmrəyliyimizlə, səfərbəyliyimizlə, Dövlətimizin-Prezidentimizin ətrafında sıx birləşməyimizlə! Biz bunu bacardıq! Və daha nə bəlalara sinə gələ bilərik bu əzmimizlə! Elə isə gəlin, bu Covid adlı virusu, mikrobu da ölkəmizdən uzaqlaşdırmaq üçün hamılıqla çalışaq! Bütün tələblərə maksimum riayət edək!".

Deputat bildirib ki, xüsusilə rayonlarımızda xəstəliyə yoluxma halları çoxalıb:

"Yoluxmanın ilk günlərində olduğu kimi, şəxsi sanitariya-gigiyena tələblərinə əməl edək! Maska taxaq! Əllərimizi sabunlayaq, spirtləyək! Məsafə saxlayaq! Tünlük etməyək! Mərasimlərdə maksimum diqqətli olaq! Bu virusun tüfəngi, tankı yoxdur! Amma o da can alır! Əziyyət verir! Əl-ələ verək, dostlar! Biz nə bəlaların öhdəsindən gəldik! Covidi də el birliyi, əl birliyi ilə yenəcəyik! Axı biz birlikdə güclüyük!".

Anar
Xəbəri paylaş