Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

“Azəriqaz”: Yağışın təsirindən aşan hasar qaz xəttini zədələdi



Newscenter.az.16.11.2020. Bu gün intensiv yağan yağış Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, Xanlar küçəsində vətəndaşa məxsus hasarı aşırıb.

Bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.

Bildirilir ki, bu zaman ərazidən keçən 108 mm diametrində olan qaz xəttinin 80 metrlik hissəsi və 5 ədəd qaz sayğacı hasarın altında qalaraq zədələnib. Nəticədə S.Həmidov, Xanlar, H. Allahverdiyev küçələrindəki 120 abonentin qaz təchizatında müvəqqəti məhdudiyyət yaranıb.

Qaz təchizatının bərpası məqsədilə “Azəriqaz” İstehsalat Birliyinin Qəza təmir-bərpa xidmətinin əməkdaşları artıq həmin ərazidə operativ işə başlayıb.
Xəbəri paylaş