Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Qasparyan: "Azərbaycan müharibənin taleyini ilk 4 gündə həll etdi"



Newscenter.az.17.11.2020. Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargahının rəisi general O. Qasparyan ikinci Qarabağ müharibəsində məğlubiyyətə gõrə günahlandırılmasına xüsusi müraciətlə cavab verib.

Newscenter.az-xəbər verir ki, Qasparyan Azərbaycan Ordusu qarşısında gücsüz olduqlarını açıq şəkildə etiraf edib. Baş Qərargah rəisi deyib ki, müharibənin ilk 4 günündə bunun fərqində olublar və arzuedilməz vəziyyət barədə baş nazir Nikol Paşinyana məlumat verib:

"Müharibənin dõrdüncü günündə Təhlükəsizlik Şurasında itkilərimizi və ordumuzun durumunu qiymətləndirib bildirdim ki, iki-üç gündən sonra müharibəni dayandırmaq barədə təcili tədbirlər gõrmək lazım olacaq. Əks halda qısa müddətə bizim təminat imkanlarımız bitəcək. Sonrakı dõvrdə danışıqlarda daha sərfəli şərtlə çıxış etmək üçün zəif hərbi durumda olacağıq. Və bu rəyimi hər dəfə Baş Nazirə (yəni, Ali Baş Komandan Paşinyana) bildirmişəm".

Qasparyan deyib ki, bütün bunlara baxmayaraq müharibəni davam etdirmək əmri verilib:

"Sonradan müharibəni dayandırma cəhdlər və müraciətlərimiz isə Azərbaycan tərəfindən rədd edildi. Sonda isə, durumumuzun ən çətin dõvrü, ən pis şərtlərlə bu son razılaşmanı qəbul etməli olduq. Ən pis variantla, faciənin arasında seçim etməli olduq. O gün həyatımın ən pis, ağır günü, bu hadisə isə mənim şəxsi faciəm oldu".
Xəbəri paylaş