Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycanda 2 239 yeni yoluxma faktı qeydə alınıb



Newscenter.az.18.11.2020. Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 2 239 yeni yoluxma faktı qeydə alınıb, 1 217 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Newscenter.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Son sutkada 25 nəfər COVID-19-dan vəfat edib.

İndiyədək ümumilikdə 81 397 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 58 111 nəfər müalicə olunaraq sağalıb, 1 030 nəfər vəfat edib, aktiv xəstə sayı 22 256 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 13 134, ötən müddət ərzində isə ümumilikdə 1 549 568 test aparılıb.
Xəbəri paylaş