Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ermənilər 200-dən çox yaşayış məntəqəsinin adını dəyişdirib



Newscenter.az.18.11.2020. “Erməni vandalları Dağlıq Qarabağ və ətraf rayonlarda təkcə bizim tarixi abidələrimizi, qəbiristanlıqlarımızı, yaşayış məntəqələrimizi viran qoymaqla kifayətlənməyiblər. Onlar oradakı çoxsaylı yaşayış məntəqələrimizin adlarını da süni şəkildə dəyişdirərək erməniləşdiriblər”.

Bunu “Report”a açıqlamasında Milli Məclisin Toponomiya komissiyasının sədri İsa Həbibbəyli deyib.

O bildirib ki, Dağlıq Qarabağ və ətraf rayonlarda erməni vandalları tərəfindən adları süni yollarla dəyişdirilən yaşayış məntəqlərimizin sayı 200-dən çoxdur:

“Ali Baş Komandanın qanunvericilik təşəbbüsü ilə işğaldan azad edilən bir neçə kəndin adlarının özünə qaytarılması istiqamətində ilkin addımlar atılıb. Lakin qarşıdakı dövr ərzində bizim üzərimizdə yüzlərlə kəndin adının yenidən özünə qaytarılması istiqamətində vəzifə dayanır”.
Xəbəri paylaş