Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycan əsgəri Azıx mağarasında-VIDEO



Newscenter.az.19.11.2020. Azərbaycan Ordusunun əsgərləri Azıx mağarasından görüntülər çəkiblər.

Bu barədə sosial şəbəkədə video yayılıb.

Videoçəkilişi aparan hərbçi mağara daxilində ermənilərin tikinti-qazıntı işləri ilə məşğul olduqlarını nümayiş edib.

Qeyd edək ki, Azıx mağarası eyniadlı kəndin yaxınlığında yerləşir. Ermənistan silahlı qüvvələri bu kəndi 1993-cü ildə işğal etmişdi.

Xatırladaq ki, noyabrın 9-da Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan Ordusunun Xocavənd rayonunun Azıx kəndini işğaldan azad etdiyini açıqlayıb.
Xəbəri paylaş