ANA SƏHİFƏ HAQQIMIZDA ƏLAQƏ
dini radikalizm və ekstremizmlə mübarizə

AzMİU-da “Maliyyə savadlılığı” layihəsi çərçivəsində onlayn təlim başlayıb

20-11-2020, 10:54



Newscenter.az.20.11.2020. Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Biznesin iqtisadiyyatı və menecment kafedrasının təşəbbüsü iləonlayn təlimə start verilib.

Newscenter.az-a təhsil ocağından bildirilib ki, “Maliyyə savadlılığı” layihəsi çərçivəsindəolan təlim Azərbaycan Respublikası Mərkəzi Bankının Təlim Mərkəzi ilə birgəkeçirilir. Onu da qeyd edək ki, təlim əsasən “biznesin idarə edilməsi” və “menecment” ixtissları üzrə bakalavr təhsili səviyyəsində təhsil alan tələbələr, magistrlər, doktorantlar və gənc müəllimlər üçün nəzərdə tutulub.

Zoom proqramı vasitəsi ilə keçirilən təlim 2 gün davam edəcək.

R.Mehdiyeva

Oxşar xəbərlər
SON XƏBƏRLƏR