Milli Məclisin 2 deputatı koronavirusa yoluxub
Tarix: 20-11-2020, 14:03
Newscenter.az.20.11.2020. Milli Məclisin deputatları koronavirusa yoluxub.
“Report”un əldə etdiyi məlumata görə, bir neçə gün əvvəl deputat Azər Badamov və Tahir Kərimlidə COVID-19 aşkarlanıb.
Milli Məclis üzvlərinin koronavirusla bağlı verdikləri testlərin nəticəsi pozitiv olub.
Deputatlar hazırda xəstəxanaların birində müalicə alır.