ANA SƏHİFƏ HAQQIMIZDA ƏLAQƏ
dini radikalizm və ekstremizmlə mübarizə

Proqramlaşdırmanın əsaslarına dair yeni kitab çap olunub

20-11-2020, 11:10

Proqramlaşdırmanın əsaslarına dair yeni kitab çap olunub


Newscenter.az.20.11.2020. “C++ dilində proqramlaşdırmanın əsasları” adlı kitab C++ dilinin nümunəsində proqramlaşdırmanın əsaslarını öyrətmək və başqa proqramlaşdırma dillərinin öyrənilməsi üçün qabiliyyətləri formalaşdırmaq üçün nəzərdə tutulmuşdur.

Newscenter.az xəbər verir ki, yeni nəşrin müəllifləri Bakı Dövlət Universitetinin dosenti Ramin Mahmudzadə və AMEA İnformasiya Texnologiyaları İnstitutunun əməkdaşı İsmayıl Calallıdır. Rəyçilər isə AMEA-nın müxbir üzvü, texnika elmləri doktoru Ramiz Alıquliyev və BDU-nun İnformasiya Texnologiyaları və proqramlaşdırma kafedrasının müdiri, texnika elmləri doktoru, professor Ələkbər Əliyevdir.

Kitabda verilmiş materialların mənimsənilməsi nəticəsində aşağıdakı istiqamətlər üzrə bilik və bacarıqların formalaşdırılması nəzərdə tutulur: proqramlaşdırma mühitlərində müxtəlif proqram layihələrinin yaradılması, proqramların kompilyasiya edilməsi, proqramdakı sintaktik və alqoritmik yanlışlıqların tapılıb düzəldilməsi, standart riyazi məsələlərin həlli proqramının yazılması (ədədin rəqəmlərə ayrılması, verilmiş aralıqdakı bütün sadə ədədlərin aşkarlanması, massivin ən böyük və ən kiçik elementinin tapılması və s.).

Kitab ilk növbədə ali və orta ixtisas məktəblərində proqramlaşdırmanın əsaslarını öyrənən və gələcəkdə bu sahədə çalışmaq istəyən tələbələr üçün nəzərdə tutulsa da, bu vəsaitdən ümumtəhsil məktəblərinin informatika təmayüllü siniflərinin müəllimləri və şagirdləri, eləcə də proqramlaşdırmanın əsaslarını müstəqil öyrənmək istəyən hər kəs yararlana biləcək.

Qeyd edək ki, yeni vəsait AMEA İnformasiya Texnologiyaları İnstitutunun Elmi şurasının qərarı ilə çapa tövsiyə olunmuşdur.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR