Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Düşməni vahiməyə salan hərbiçimiz-FOTOLAR



Newscenter.az.23.11.2020. Vətən müharibəsi zamanı Qarabağın işğaldan azad olunmasında şücaət göstərən qəhramanlarımızdan biri də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Aparatının Protokol sektorunun əməkdaşı Allahverdizadə Fərhad Əli oğludur.

Newscenter.az xəbər verir ki, müharibədən öncə könüllü ordu sıralarına yazılmış və ilk gündən ön cəbhədə xidmət etmişdir. Plemyotçu olan Fərhad Allahverdizadə Fizuli, Cəbrayıl, Xocavənd, Hadrut, Qırmızı bazar yüksəkliyi və s. istiqamətdə torpaqlarımızın işğaldan azad olunması uğrunda mərdcəsinə vuruşmuş, çox sayda düşmənin canlı qüvvəsini məhv etmişdir.

Döyüşlər zamanı yaralansa belə yenidən ön cəbhəyə qayıtmışdır. Hal-hazırda xidmətini davam etdirir. Ulu Tanrı Müzəffər Ali Baş Komandanımızı və Rəşadətli Ordumuzu qorusun!!!
Qarabağ Azərbaycandır!

Xəbəri paylaş