Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ekspertdən iddia: "Ümumdünya Səhiyyə Təşkilatı Koronovirus pandemiyasının davam etməsində maraqlıdır"



Newscenter.az.23.11.2020. “Ümumdünya Səhiyyə Təşkilatı Koronovirus pandemiyasının bitməsində deyil, davam etməsində maraqlıdır”.

Newscenter.az xəbər verir ki, belə bir açıqlama ilə beynəlxalq məsələlər üzrə ekspert Yeganə Hacıyeva çıxış edib. O, bildirib ki, dənizin dibində göbələklərin araşdırılması üçün layihələrə milyonlar xərcləyən ÜST , koronovirus pandemiyasının aradan qaldırılması üçün real hesab ediləcək heç bir addım atmayıb:

“Ayırdığı maliyyələr isə xəstəliyin simptomları ilə mübarizə hesab edilən layihələrə xərclənir, səbəbin aradan qaldırılmasına deyil. Peyvəndin tapılması üçün bu günə qədər bir iş görməyən ÜST peyvəndin tapılmasına səbəb olacaq istənilən araşdırmanı saxta elan edir. Hər hansı bir ölkə peyvəndin əldə olunmasına yaxınlaşanda, araşdırmanın dayanması üçün təzyiqlər edən Ümümdünya Səhiyyə Təşkilatı sadəcə yararsız deyil, həm də zərərli təşkilatdır”.

Yeganə Hacıyeva deyib ki, ÜST sadəcə proqnoz verməklə işini bitmiş hesab edir:

“Karantin dünyada biznesin, ticarətin yeni qaydaları ilə, bu qaydalara qəribə tərzdə əvvəldən hazırlanmış platformalar üzərindən , bir qrup korporasiyanın təsəvvür edilməz dərəcədə varlanmasına səbəb oldu. Bu korporasiyalar dövlətlərə bağlı deyil, fərdlərə bağlıdır və bu daha təhlükəli tendensiyadır. Əmin olaq ki, dünya mövcud siyasi-iqtisadi idarəçiliyi, dövlətlər və beynəlxalq təşkilatlar üzərindən idarəçiliyi üsulundan korporasiyaların idarəçiliyi üsuluna keçiddədir. ÜST -də bu qrupların əlində marionet bir qrumdur. İndi də 2021 ci ilin yaz ayları üçün 3 cü dalğa elan edib”.

Mehman
Xəbəri paylaş