ANA SƏHİFƏ HAQQIMIZDA ƏLAQƏ
dini radikalizm və ekstremizmlə mübarizə

Alınan hər qarış torpaqda şəhidlərimizin qanı var

25-11-2020, 01:12



Newscenter.az.25.11.2020. "Torpaq dedikdə ilk olaraq ağıla müqəddəs bir məfhum gəlir. Çünki, torpaq anadır. Torpaq qanı ilə, suyu ilə müqəddəsdir. Bu torpağ üçün canlar fəda olunub. Şəhidlərimizə Allah rəhmət etsin. Onların ruhu gəzir bizim əzəli torpaqlarımızda. Necədə qürurverici hissdir torpağını düşmən tapdağından xilas etmək. Bu yolda canını gözqırpmadan fəda edə bilmək. Müqəddəs bir yoldur bu ona görə də hər kəsə qismət olmaz".

Newscenter.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Eldəniz Səlimov səsləndirib. O, qeyd edib ki, Azərbaycanın bu gün var olması buna görədir:

"İllərdir şəhidlərimizin ruhu bizə yol göstərir, bizi döyüşə haraylayır. Müzəffər Azərbaycan ordusu öz gücü, qüdrəti ilə yumruq kimi bir olub düşmənin başı üzərində ildırım kimi çaxdı. Onlara nəfəs almağa belə imkan vermədi. Eşq olsun belə dövlətə. Eşq olsun dövlətimizin başçısı cənab Prezident İlham Əliyevə. Bu şərəfli yolda onun çəkdiyi əziyyət çox böyükdür".

Deputat deyib ki, Ulu Öndərimizin illər əvvəl yazdığı tarix, bu gündə davam edir:

"Cənab Prezident bu siyasəti bu gün də uğurla davam etdirir. Bəli Azərbaycanın daxili və xarici siyasəti bu gün göz görəcək qədər sürətlə yüksəlişə doğru gedir. İstər müharibə dövründə, istərsə də pandemiya dövründə bizim yüksəlişimizə təsir edən maneə olmadı. Bu uğurlu siyasətin nəticəsidir. Daim inkişaf edən bir göstəricilərə malik olmaq dövlət üçün möhtəşəm bir uğurdur. Bizim alnımıza yalnız qələbə yazılıb. Artıq məsuliyyətimiz biraz da artıb. Çünki, bunları artıq qorumaq gərəkdir. Geri alınan torpaqlarda möhkəmlənmək, qala olmaq gərəkdir. Şərəfimizlə, qanımızla yazdığımız tarix artıq bizim tarixdir. Azərbaycan tarixi yeniləndi. Bütün dünya buna şahid oldu ki, bizə olunan haqsızlıq cavabsız qala bilməz. Biz haqqımızı tələb etdik, bizə aid olanları geri aldıq. Bu vəziyyət istər sülh yolu ilə, istərsə də hərb meydanında həll olunacaqdı. Elə də oldu. Ermənistan bizim ordumuzun gücünü, qüdrətini gördü. Necə sarsılmaz bir gücə malik olduğumuza özləri şahid oldular. El bir olsa dağ oynadar yerindən. Birliyimiz ilə qazanılmış bir qələbədir bu".

Eldəniz Səlimov bildirib ki alınan hər bir qarış torpaqda şəhidlərimizin qanı var:

"Lakin onların ruhu artıq şaddır. Ruhları bizim ellərdə rahat dolaşır. Biz də xalq olaraq çox rahatıq. Çünki illərin mifini məhv etdik. Yox etdik əzəli düşmənin nağıllarını. İllərdir sürən hüzn artıq yoxdur. Qarabağ kimi bir dərdimiz, var demirik daha. Gənclərimiz Qarabağsız bir həyat yaşamayacaqlar. Onlar artıq yeni tarixin övladlarıdır, yeni şanlı Azərbaycan tarixini yaşayırlar. Qələbə sevinci ilə xoşbəxtçiliyimizin həddi-hüdudu yoxdur. Bu sevincə görə ən başda cənab Ali Baş Komandana minnətdarıq. Onun yürütdüyü siyasət ilə bu günləri yaşayırıq. Var olsun cənab Prezident! Var olsun Azərbaycan Ordusu! Var olsun Azərbaycan!".

Mehman

Oxşar xəbərlər
SON XƏBƏRLƏR