Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Qubada karantin rejimini pozan avtomobil təmiri sexləri aşkarlandı



Newscenter.az.25.11.2020. DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan Newscenter.az-a verilən məlumata görə, Quba Rayon Polis Şöbəsinin əməkdaşları xüsusi karantin rejim qaydalarının təmin olunması istiqamətində inzibati ərazidə xidmət aparan zaman karantin rejiminə əməl etməyərək fəaliyyət göstərən avtomobil və təkər təmiri məntəqəsi aşkarlayıblar.

Dərhal həmin obyektlərin fəaliyyətləri dayandırılıb, qaydaları pozan şəxslər barəsində İXM-nin müvafiq maddəsi ilə cərimə protokolları tərtib olunub.

Mehman
Xəbəri paylaş