Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Əfqanıstanda partlayış törədilib, ölənlər və yaralananlar var



Newscenter.az.13.12.2020. Əfqanıstanın paytaxtı Kabil şəhərində partlayış törədilib.

Bu barədə “Pajvok” agentliyi məlumat yayıb.

Qeyd edilir ki, hadisə nəticəsində ölənlər var. “Kabildə baş vermiş partlayış nəticəsində 2 nəfər həlak olub, həmin sayda da insan yaralanıb”, - xəbərdə bildirilir.

İlkin məlumata görə, həlak olanlar və xəsarət alanlar mülki şəxslərdir.

Hadisəyə görə məsuliyyəti hələlik heç bir qruplaşma üzərinə götürməyib.
Xəbəri paylaş