Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Bakı üzrə 36 layihə qalib olub



Newscenter.az.16.12.2020. Təhsildə inkişaf və innovasiyalar üzrə IV qrant müsabiqəsində paytaxt üzrə 36 layihə qalib olub.

Newscenter.az-a xəbər verir ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki təhsil müəssisələrindən 12, 59, 95, 195, 176, 234, 18, 30, 163, 173, 38 nömrəli tam orta məktəblərə və 20, 83, 220 nömrəli məktəb-liseylərə məxsus layihələr ümumi təhsil müəssisələri kateqoriyası üzrə qaliblər sırasındadır.

BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrində çalışan müəllimlər tərəfindən 22 layihə isə fərdi kateqoriya üzrə qalib gəlib.

Qalib layihələr arasında ümumi təhsil müəssisələrində şagirdlərin sosial və sağlamlıq layihələrinə cəlb edilməsi, istedadlı uşaqların aşkar olunması və dəstəklənməsi üçün yaradıcı mühitin inkişaf etdirilməsi, keyfiyyətin idarə olunmasında müasir qiymətləndirmə vasitələrinin tətbiq olunması, təhsilalanlara psixoloji dəstəyin göstərilməsi və ümumi təhsil müəssisələrində əlverişli sosial-emosional mühitin yaradılması, şagirdlərin milli ruhda tərbiyə olunması, ümumi təhsil müəssisələrində fəal vətəndaşlıq mövqeyinin formalaşdırılması, məktəb-valideyn münasibətlərinin inkişaf etdirilməsi və digər müvafiq istiqamətlər üstünlük təşkil edir.

Qeyd edək ki, təhsildə inkişaf və innovasiyalar üzrə qrant müsabiqələrinin keçirilməsinin əsas məqsədi təhsil müəssisələri, eləcə də təhsilverənlər arasında sağlam rəqabəti və innovativ fəaliyyəti stimullaşdırmaqdan ibarətdir.

R.Mehdiyeva
Xəbəri paylaş