Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Dünyada bir gündə 642 mindən çox şəxsdə COVID-19 aşkarlanıb



Newscenter.az.17.12.2020. Dünyada COVID-19-a yoluxanların sayı 72,85 milyon nəfəri ötüb.

Bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bildirib.

Təşkilatın məlumatına görə, dünyada koronavirusa yoluxma ilə bağlı təsdiq edilmiş halların sayı 72 851 747 təşkil edir. Qeyd edilir ki, pandemiya ərzində dünyada koronavirusdan ümumilikdə 1 643 339 insan ölüb.

Dünyada COVID-19-a yoluxma ilə bağlı təsdiq edilmiş halların sayı bir gün ərzində 642 738 nəfər təşkil edib. Son sutkada daha 12 407 insan təhlükəli infeksiyadan ölüb.

Son 24 saat ərzində yoluxma hallarının 45 faizindən çoxu Şimali və Cənubi Amerikada (291 600 nəfər), ardından Avropa bölgəsi (269 527 nəfər), üçüncüsü isə Cənub-Şərqi Asiyada (34 284 nəfər) qeydə alınıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Ümumdünya Səhiyyə Təşkilatı fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.
Xəbəri paylaş