Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Nyu-Yokda qar fırtınası, həyat iflic oldu



Newscenter.az.18.12.2020. ABŞ-ın Nyu-York şəhərinə güclü qar yağır.

“Report”un xüsusi müxbiri xəbər verir ki, qar fırtınası nəticəsində 80 kilometrə çatan külək insanların gündəlik həyatına mənfi təsir edib. Şəhərin bəzi yerlərində nəqliyyatın hərəkəti tamamilə dayanıb. Artıq bəzi yerlərdə qarın hündürlüyü 30-40 santimetrə qədər çatıb.

Nyu-Yorkun meri Bill de Blasio bildirib ki, şəhərə son 24 saat ərzində yağan qarın miqdarı ən son 2016-cı ilin yanvarında müşahidə edilib.

Koronavirus səbəbi ilə həftədə bir gün işləyən dövlət məktəblərinin fəaliyyəti dayanıb. Bildirilib ki, qar çovğunu onlayn təhsilə mane olmayacaq.

Qar fırtınası pandemiyaya görə çətin vəziyyətdə olan restoranların da işinə mane olub. Obyektlərin hamısı bağlanıb. Bir çox aviaşirkətlər Nyu-Yorka olan uçuşlarını ləğv ediblər.

Evsiz insanlar soyuq havadan qorumaq üçün müvəqqəti sığınacaqlara yerləşdirilir. Bir çox abunəçilərə qar fırtınası səbəbi ilə elektrik enerjisinin kəsilə biləcəyi xəbərdarlığı edilib.

Meteoroloqlar qar fırtınasının hələ üç gün davam edəcəyini bəyan ediblər.
Xəbəri paylaş