Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

“Zəfər döyüşündə yazılan məktub” adlı film layihənin icrasına başlanılıb




Newscenter.az.18.12.2020. “Göyçay İnkişaf Mərkəzi” Gənclər İctimai Birliyi Gənclər Fondunun dəstəyi ilə “Zəfər döyüşündə yazılan məktub” adlı layihəsinin icrasına başlanılıb.

Newscenter.az xəbər verir ki, qeyd olunan layihənin məqsədi Göyçay rayonundan olan Aprel qəhrəmanı, şəhid Teymur Qasımov və II Qarabağ müharibəsindəki qəhramanlar və onların şücaətli həyat yolu haqqında film çəkməklə gənc nəslə vətənpərvərlik ruhu aşılamaq və şəhidlərimizin xatirəsini əbədiləşdirməkdir. Eyni zamanda bu filmi çəkməklə qəhrəman şəhidlərimizin döyüş yollarını, xatirələrini yad etmək və onları yaddaşlarda yaşatmaqdır. Artıq filmin hazırlıq işləri görülmüşdür və yaxın zamanlarda çəkilişlərə başlanılacaq.

Bildirmək istərdik ki, II Qarabağ müharibəsində Göyçay rayonundan minlərlə əsgər və zabit qəhrəmanlıqlar göstərdilər. Əsgərlərimiz sübut etdilər ki, ordumuz güclü və qüdrətlidir və onlar vətən torpağını hər an müdafiəyə və canlarından keçməyə hazırdılar. Təəssüf ki, bu döyüşlərdə əsgər və yüksək rütbəli hərbçilərimizi itirdik, onlar şəhidlik zirvəsinə yüksəldilər. Allah onların hər birinə rəhmət eləsin!

Sevinc
Xəbəri paylaş