Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Vətən müharibəsində şəhid olmuş hərbi qulluqçuların sayı artdı-YENİ SİYAHI



Newscenter.az.21.12.2020. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Vətən müharibəsində şəhid olmuş hərbi qulluqçularından dekabrın 21-dək dəfn edilən 2802 nəfərin foto şəkilləri, adları, soyadları, hərbi rütbəsi və doğum tarixi haqqında yenilənmiş məlumat təqdim olunub.

Newscenter.az Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, hazırda itkin düşmüş hesab olunan 40-a yaxın hərbi qulluqçunun tapılması və şəxsiyyəti müəyyən olunmayan 60-dan artıq şəxsin identifikasiyası üzrə işlər davam etdirilir.

Ölkə ictimaiyyətinə bu barədə mütəmadi əsasda məlumat veriləcəkdir.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!
Şəhidlərimizin ruhu qarşısında baş əyirik!

Qeyd edək ki, şəhid olan hərbiçilərimizin siyahısı ilə aşağıdakı linkdən tanış ola bilərsiniz:
https://mod.gov.az//images/pdf/eecfa3a103391b9505d3719da014f18f.pdf
Xəbəri paylaş