Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Prezidentin rəhbərliyi ilə müstəqil Azərbaycan dünya dövlətləri sırasında özünəməxsus layiqli yeri ilə seçilir



Newscenter.az.24.12.2020. Üzərinə tarixi missiyalar düşən, öz dəsti-xətti, həyat yolu, bacarıqları ilə seçilən şəxsiyyətlər böyük zaman kəsiyində yaranır və mənsub olduğu xalqlar üçün uca tanrının töhfəsi kimi qəbul olunur. Layiqli davamçılar bu şəxsiyyətlərin yolunun işıqlı gələcəyinin təminatçısıdır. Bu gün biz bu tarixi gerçəkliyi möhtərəm Prezident İlham Əliyevin şəxsində tam aydınlığı ilə görür və şahidlik edirik. Onun peşəkar siyasi, diplomatik və böyük sərkərdəlik qabiliyyəti hakimiyyətdə olduğu ilk illərdən özünü göstərməklə uğurlu nəticələr verdi.

İlham Əliyevin 17 illik prezidentlik fəaliyyətinə nəzər saldıqda biz Heydər Əliyevin müəyyən etdiyi strategiya ilə yanaşı, onun həm də müasir dövrün tələblərinə uyğun uğurlu siyasi rəhbərlik fəaliyyətinin şahidi oluruq. Bununla da zamanın tələblərinə çevik reaksiya verən, yüksək idarəetmə bacarığına malik, xalqına bağlı lider olduğu bir daha təsdiqini tapır. Bu gün möhtərəm Prezidentin rəhbərliyi ilə müstəqil Azərbaycan dünya dövlətləri sırasında özünəməxsus layiqli yeri ilə seçilir.

Cənab Prezidentin yaratdığı milli ortaq dəyərlər və vətandaş həmrəyliyinin əsasında güclü Azərbaycan Vətən müharibəsində qalib gəldi. Azərbaycan Ordusu ata-baba torpaqlarını terrorçu xunta rejimindən- ermənilərdən təmizlədi.

Qətiyyət, sonsuz inam sayəsində Azərbaycan qalib dövlət kimi dünya tarixinə düşdü. Artıq hər bir azərbaycanlı harada olmasından asılı olmayaraq qürurla başı dik, sinəsi fəxarətlə dolu gəzir. Bütün bunlar ömrünü xalqına həsr edən 17 illik gərgin əməyin sahibi, hər bir azərbaycanlının Prezidenti İlham Əliyev misilsiz xidmətləri nəticəsində mümkün oldu. İndi bütün Azərbaycan bu möhtəşəm qələbəyə görə Ali Baş Komandana minnətdardır.

Səbinə Xasayeva-Milli Məclisin deputatı
Xəbəri paylaş