Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Qarabağda fəaliyyət göstərəcək Türkiyə hərbçiləri Azərbaycana gəlib



Newscenter.az.26.12.2020. Qarabağda atəşkəsə nəzarət üzrə Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzində fəaliyyət göstərəcək Türkiyə hərbçiləri Azərbaycana gəlib.

"Report" NTV-yə istinadən xəbər verir ki, Ağdamda yerləşəcək mərkəzdəki Türkiyə hərbçiləri yanvarın əvvəlində fəaliyyətə başlayacaqlar.

Türkiyə heyəti zabit və əsgərlərdən ibarətdir. Mərkəzdə Türkiyə ordusunun general-mayoru da fəaliyyət göstərəcək. O, ilk heyətlə Azərbaycana gəlib.

Mərkəzdəki Türkiyə hərbçilərinin sayı isə 60 nəfər olacaq. İlkin mərhələdə 25-ə yaxın hərbi qulluqçu Azərbaycana gəlib. Qarşıdakı həftələrdə digər heyətin də Azərbaycana gələcəyi gözlənilir.
Xəbəri paylaş