Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

“Hərbi xidmətlərə görə” medalı 1 981 hərbçiyə verilib



Newscenter.az.30.12.2020. Dekabrın 30-da Prezident İlham Əliyev Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Hərbi xidmətlərə görə” medalı ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb.

Sərəncama əsasən, Azərbaycan Respublikası ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını və xidməti vəzifələrini yerinə yetirərkən fərqlənmiş 1981 hərbi qulluqçu “Hərbi xidmətlərə görə” medalı ilə təltif olunub.

Təltif edilənlərin 3-ü general-mayor, 24-ü polkovnik, 105-i isə polkovnik-leytenantdır.
Xəbəri paylaş