Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Erməni kəndinə birlədirilmiş ərazi Azərbaycana təhvil verildi



Newscenter.az.4.01.2021. Bir qismi Qubadlı rayonunun ərazisinə düşən və Ermənistanın Sünik vilayətinin Şurnuxu kəndinə qanunsuz şəkildə birlədirilmiş 12 evin yerləşdiyi ərazi Azərbaycana təhvil verilib.

“Report” “Sputnik Armeniya”ya istinadən xəbər verir ki, bu barədə Gorusun icma başçısının müavini Menua Ovsepyan bildirib.

Onun sözlərinə görə, erməniləri heç bir təhlükə hiss etmirlər. O, həmçinin Azərbaycan tərəfinin artıq kənddə nəzarət postu qurduğunu açıqlayıb.

Qeyd edək ki, 1990-cı ildən sonra Ermənistan hakimiyyəti Azərbaycanın sərhədboyu kəndlərini də işğal etmiş, həmin ərazilərə qanunsuz olaraq erməniləri köçürmüşdü. 44 günlük döyüşlərdən sonra imzalanmış bəyanata əsasən, Ermənistan işğal altında saxladığı Azərbaycan torpaqlarından çıxır. Şurnuxu kəndinin Azərbaycana düşən ərazisindən də ermənilərin çıxması bəyanatın şərtlərinə uyğun olaraq aparılır.

Ermənistanın baş naziri Nikol Paşinyan sərhədyanı bölgələrdən ermənilərin çıxması və Azərbaycanla sərhədin müəyyənləşdirilməsi ilə bağlı bildirmişdi: “Ölkəmizin beynəlxalq səviyyədə qəbul olunan sərhədinə çəkilirik”.
Xəbəri paylaş