Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Şagird yerdəyişməsi üçün müraciətin vaxtı bitir



Newscenter.az.4.01.2021. 8 yanvar saat 18:00-dan etibarən şagirdlərin elektron yerdəyişməsi üzrə sorğuların qəbulu müvəqqəti olaraq dayandırılacaq. Newscenter.az Təhsil Nazirliyinə istinadən xəbər verir ki, səbəb II yarımil üzrə siniflərin komplektləşdirilməsi ilə bağlıdır.

Portalda mövcud sorğuların tamamlanması prosesi 13 yanvar saat 18:00-dək davam edəcək. Valideynlər (qanuni nümayəndə) qeyd olunan tarixədək övladlarının şəxsi işlərini əvvəl oxuduqları məktəbdən götürərək yerdəyişmə etmək üçün seçdikləri məktəbə təqdim etməlidirlər.

Elektron yerdəyişmə prosesinin yenidən başlanacağı tarix barədə ictimaiyyətə əlavə məlumat veriləcək.

R.Mehdiyeva
Xəbəri paylaş