Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Jurnalistin avtomobili qarət edilib



Newscenter.az.7.01.2021. Sumqayıtda avtomobildən oğurluq hadisəsi baş verib.

Hadisə ötən gecə 36-ci məhəllədə qeydə alınıb.

Belə ki, jurnalist İlham Məmmədzadənin avtomobili qarət edilib.

Bu barədə jurnalist sosial şəbəkədə məlumat paylaşıb.

Bildirib ki, naməlum şəxs və ya şəxslər onun avtomobilinin sol-qabaq hissəsinin şüşəsini sındıraraq qarət edib.

İ.Məmmədzadə hadisə barədə Daxili İşlər Nazirliyinə (DİN) müraciət edib.

DİN-dən bildirilib ki, hadisə artıq araşdırılır.
Xəbəri paylaş