Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

ICESCO-nun Baş direktoru Azərbaycana səfər edəcək



Newscenter.az.10.01.2021. İslam Dünyası Elm, Təhsil və Mədəniyyət Təşkilatının (ICESCO) Baş direktoru Salim bin Məhəmməd əl-Malik Azərbaycana səfər edəcək.

"Report" təşkilatın rəsmi saytına istinadən xəbər verir ki, səfər yanvarın 11-də baş tutacaq.

Görüşlərdə Azərbaycanla ICESCO arasında təhsil, elm və mədəniyyət sahələrində əməkdaşlığın perspektivləri müzakirə ediləcək. Salim bin Məhəmməd əl-Malik Qarabağda tarixi və mədəniyyət abidələrini də ziyarət edəcək.

Səfər çərçivəsində Azərbaycanın tarixi maddi irsinin qorunması, onların daha bir neçəsinin ICESCO-nun İslam Dünyası İrsi Siyahısına əlavə edilməsi məsələsi də müzakirə ediləcək.
Xəbəri paylaş