Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Daha 3 qazimiz «YAŞAT» Fondu tərəfindən əməliyyat etdirilib



Newscenter.az.15.01.2021. “YAŞAT” Fondu tərəfindən ağır yaralanan qazilərimizin səhhətinin bərpası ilə bağlı mühüm addımlar atılır.

Newscenter.az xəbər verir ki, ciddi fiziki travma alan qazilərimiz Şiraz Cəfərli, Qələndər Məmmədov və Rüfət İsmayılov “YAŞAT” Fondu tərəfindən zəruri tibbi müayinələrdən keçirilib və uğurla əməliyyat olunublar. “YAŞAT” Fondu qazilərimizin müalicəsini tam yekunlaşana qədər nəzarətdə saxlayacaq. Allah qazilərimizə şəfa versin!

Sevinc
Xəbəri paylaş