Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Deputat Jalə Əhmədova şəhid ailələri və qazilərlə görüşüb-FOTOLAR



Newscenter.az.16.01.2021. Milli Məclisin deputatı Jalə Əhmədova təmsil etdiyi Salyan rayonundan 44 günlük Vətən müharibəsində şəhid olaların ailə üzvləri və qazilərlə görüşüb.

Newscenter.az xəbər verir ki, bu barədə məlumatı deputat Jalə Əhmədova facebook profilində paylaşıb:

"Ötən iki gün ərzində, öz şücayəti ilə seçilən Salyanımızdan olan bütün şəhid ailələrini və qazilərimizi ziyarət etdim. Onların həyat və döyüş yolunu dinləyərkən bir daha anladım ki, bu Vətən yenilməzdir!".

Deputat qeyd edib ki, Vətən müharibəsinin şanlı qələbəmizlə yekunlaşmasının səbəbkarları məhz igid şəhid və qazilərimizdir:

"Biz onlara ömür boyu borcluyuq. Görüşlərimiz zamanı şəhid ailələrini və qazilərimizi narahat edən bütün məsələləri qeyd etdim və ən qısa zamanda onların həllinə nail olmağa çalışacağam. Şəhid ailələrinin və qazilərimizin bütün qayğıları biz vətəndaşlar və dövlətimiz tərəfindən təmin edilməlidir. Allah bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin, əsgərlərimizi isə özü qorusun!".

Anar

Xəbəri paylaş