ANA SƏHİFƏ HAQQIMIZDA ƏLAQƏ
dini radikalizm və ekstremizmlə mübarizə

TÜRKSOY-un və Türk Şurasının nümayəndə heyəti Ağdama səfər edib

17-01-2021, 12:54



Newscenter.az.17.01.2021. Türkdilli dövlətlərin əməkdaşlıq şurasının baş katibi Bağdad Amireyi, TÜRSOYUN baş katibi Dusen Kasainov, Türk mədəniyyəti irsi fondunun rəhbəri Günay Əfəndiyeva bu gün Ağdam şəhərinə səfərləri çərçivəsində Ağdam şəhər məscidində olublar.

Onlar erməni terroru nəticəsində məscidə vurulan ziyan və bir hissəsinin sökülməsi iİlə tanış olublar.

Daha sonra Ağdam şəhər küçələrində gəzinti olub.Onlar şəhərin xarabalıqlarına baxıblar. Gəzinti zamanı Ağdam çörək muzeyi və Pənah xanın dağıdılmış İmarəti ilə tanış olublar.

Türkdilli dövlətlərin əməkdaşlıq şurasının baş katibi, TÜRSOYUN baş katibi, Türk mədəniyyəti irsi fondunun rəhbəri Ermənilərin vandallığı nəticəsində imarətin həyətindəki tikililərin dağıdılması və qalıq binaların içərisində heyvan saxlanılması əlamətlərini əyani görüblər.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR