Azərbaycanda zəlzələ olub
Tarix: 20-01-2021, 08:00
Newscenter.az.20.01.2021. Azərbaycanda zəlzələ qeydə alınıb.
Bu barədə Newscenter.az Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinə istinadən xəbər verir.
Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən yeraltı təkanlar yerli vaxtla saat 07:01-də Cəlilabad stansiyasından 31 km cənub-şərqdə, Masallı rayonunda qeydə alınıb. Zəlzələ 3 maqnitudada baş verib, zəlzələ ocağı 48 kilometr dərinlikdə yerləşib.
Yeraltı təkanlar hiss olunmayıb.